Minillərdir bəşəriyyətin qida və sağlamlıq mənbəyi olan zeytun Abşeronun da “yaşıl qızıl”ı sayılır. Ölkəmizdə yarımadanın iqliminə uyğun sortlaşdırılmış “Bakı zeytunu”, “Şirin zeytun”, ”Buzovna”, ”Armudu “ , “Azərbaycan” kimi qiymətli yerli zeytun növləri yetişdirilir.
2017-ci ildən fəaliyyətə başlayan “Grand Aqro” MMC Qala, Türkan, Hövsan, Ramana, Zirə bağlarından müasir innovativ texnologiyaların tətbiqi ilə əldə olunan məhsullarla zeytun konservləri və zeytun yağı istehsalını həyata keçirir.
Ölkənin ən böyük zeytun bağı sahələrinə və zeytun yağı fabrikinə malik Oliveanın istehsal etdiyi zeytun yağları aşağı turşuluğa (0,1), yüksək miqdarda polifinollara, omeqa 3,6 və 9 yağ turşularına malikdir. Məhz bunun nəticəsidir ki şirkətimiz nüfuzlu LIOOC müsabiqəsində (London beynəlxalq zeytun yağı müsabiqəsi) mükafata layiq görülüb.
InVitro laboratoriyalarında tinglərin becərilməsindən, zeytun bağlarının yaradılması və idarə olunmasından tutmuş, zeytun yağının emalı və satışına qədər tam istehsalat zəncirinə malik olan şirkət qablaşdırmanı isə İtaliya istehsalçısı Polaris xətti ilə yerinə yetirərək fasiləsizliyə zəmanət verir.