İstehsal keyfiyyəti və dayanıqlığı məhsulun yaranması zəncirindəki hər mərhələdə diqqətli iş sayəsində qorunub saxlanır. Grand Agro Abşeron rayonunda zeytun bağlarını inkişaf etdirir və idarə edir. Biz bir neçə istehsal xəttinə malik olan zeytun yağı emalı zavodunu işə saldıq. Bu ildən etibarən zeytun yağı "OLIVEA" markası altında istehsal olunur. Şirkət, InVitro laboratoriyalarında tinglərin becərilməsindən, zeytun bağlarının yaradılması və idarə olunmasından tutmuş, zeytun yağının emalı və satışına qədər tam istehsalat zəncirinə malik olduğu ilə fəxr edir.
İstehsalçı haqqında məlumat
Azərbaycanda zeytunun becərilməsi 20-ci əsrin ortalarına təsadüf edir. İlk zeytun ağacı 1946-cı ildə Abşeron yarımadasında əkilmişdir. Həmin andan etibarən zeytunun becərilməsi və istifadəsi ölkədə məşhur olmuşdur. Azərbaycanın sahilboyu hissələrinin torpaq və iqlim şəraiti Aralıq dənizinin torpaq və iqlim şəraitinə bənzəyir. Bu da yüksək keyfiyyətli zeytunun becərilməsi üçün əlverişli şəraiti təmin edir.
Şirkətimiz yeni qurulmuş şirkətdir, lakin artıq nüfuzlu LIOOC müsabiqəsində (London beynəlxalq zeytun yağı müsabiqəsi) mükafata layiq görülüb. Bizim ilk soyuq sıxma zeytun yağımız tunc medala layiq görülmüşdür. Şirkətin məqsədi regionu yüksək keyfiyyətli və müxtəlif məhsullarla təmin etməkdir. Abşeron yarımadasında yetişdirilən zeytundan əldə edilən yağ aşağı turşuluğa (0,1), yüksək miqdarda polifinollara, omeqa 3,6 və 9 yağ turşularına malikdir. Yağın İtaliya istehsalçısı Polaris xətti ilə qablaşdırılması fasiləsizliyə zəmanət verir.
Biz regionda zeytun bağlarının idarə olunması üzrə ən yeni yağ istehsalı zavoduna malik ən iri şirkətik. Biz, ən yeni texnologiyalardan istifadə edərək, istehlakçılarımızı keyfiyyətli və sağlam qida məhsulları ilə təmin edirik. Biz növbəti ildə süfrə zeytununun istehsalına başlamağı və məhsullarımızın çeşidini genişləndirməyi davam etməyə planlaşdırırıq.